Satılır 4 otaqlı yeni tikili 186 m², Nizami m.
✨NİZAMİ METROSUNA 3 DƏQİQƏ | 186 m² | 4 OTAQLI
📍 Şəhərin tam mərkəzində, Nizami metrosuna cəmi 3 dəqiqəlik məsafədə, Caspian Plaza yaxınlığında yerləşən prestijli yeni tikili binanın 6-cı mərtəbəsində 186 m² sahəsi olan, skvoznoy (iki tərəfli) 4 otaqlı mənzil** satışdadır.
Mənzil sıfırdan fərdi planlama ilə hazırlanıb və təmir zamanı bütün detallar şəxsi yaşayış üçün seçilib. 56 m²-lik geniş zal, bütün otaqlarda balkon və şəhərə, dənizə, Flame Towers-ə və Qız Qalasına açılan möhtəşəm panorama mənzilin əsas üstünlüklərindəndir.
🇮🇹 Təmir zamanı İtaliya keramoqraniti, Versace kafel və İtaliya/İspaniya divar kağızlarından istifadə olunub. Döşəmələr təbii parketdir. Santexnika avadanlıqları RİCH-dən seçilib, kondisioner sistemi isə Mitsubishi-dir. Təmir zamanı əlavə istilik izolyasiyası da aparılıb.
🇬🇧 Kitabxana üçün mebel İngiltərədə sifarişlə, təbii ağacdan hazırlanıb. Mənzildə mebel və texnikadan tutmuş interyer detallarına qədər keyfiyyətə xüsusi diqqət yetirilib.
🏙️ Böyük balkon cambalkonla bağlanıb. Mənzilə əlavə olaraq girişdə saxlama şkafları/anbar sahəsi də mövcuddur. Binanın həyəti 24/7 mühafizə və kamera sistemi ilə qorunur, 2 mərtəbəli parkinq mövcuddur və qaz sızmasına qarşı sensor quraşdırılıb.
📑 Çıxarış (kupça) var. Mənzil sahibinin öz yaşayışı üçün xüsusi təmir etdirdiyi, standart planlamadan tam fərqlənən həqiqətən eksklüziv mənzildir.
Ofis haqqı 1%